Xalq Kompüteri - News
Artıq 26800  ədəd xalq kompüteri alınıb.

“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 18000-ə çatdı


“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 18 000-ə çatdı. Layihənin inkişaf meylləri Azərbaycan əhalisi arasında ona olan tələbatın göstəricisidir. Qeyd etmək lazımdır ki, ölkənin regionlarında da layihəyə
  böyük maraq müşahidə edilir.

Bu gün Azərbaycanda “Xalq kompüteri” layihəsinin təklifləri paketinə dünya lideri HP şirkətinin istehsalı olan şəxsi kompüterlər daxildir və istifadəçilər layihənin internet saytında təqdim edilmiş istənilən həldən birini seçə bilər (http://xalqkomp.az/Models.html). Hazırda model çeşidinə HP ProBook və Pavillion noutbukları cərgəsi, şəxsi kompüterlər, All-in-One sistemləri və HP netbuklar daxildir ki, bunların da texniki göstəriciləri bazarın bu günkü meyllərinə tam cavab verir. 

“Xalq kompüteri” layihəsi çərçivəsində təqdim edilən kompüterlər bazar qiymətindən 25-40% daha ucuz qiymətə 12 ay müddətinə faizsiz, möhlətlə satılır. Güzəştli şərtlərlə kompüterləri orta məktəb müəllimləri və şagirdləri, ali təhsil müəssisələrinin müəllimləri və tələbələri, dövlət qulluqçuları, həmçinin səhiyyə sahəsinin işçilərini əldə edə bilər. Daha ətraflı məlumat üçün layihənin rəsmi internet səhifəsinə daxil olun:  http://xalqkomp.az.

 




=