Artıq 26800  ədəd xalq kompüteri alınıb.

“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 17000-ə çatdı


 

BestComp Group şirkətindən alınan məlumata görə “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 17000 ədədə yaxınlaşıb. Satılan kompüterlərin ümumi sayından 3000 ədədi paytaxda satılmışdır. Qalan 14000 ədədi isə ölkənin regionlarının payına düşür. Layihə çərçivəsində satılan kompüterlərin 80%-ni noutbuklar təşkil edir.

Bu gün Azərbaycanda “Xalq kompüteri” layihəsi çərçivəsində təkliflər paketinə dünya lideri HP şirkətinin istehsalı olan personal kompüterlər daxildir və istifadəçilər layihənin internet səhifəsində təqdim edilən məhsullardan istənilən birini seçə bilər  (http://xalqkomp.az/Models.html). Onların arasında: HP Mini 110-3863er və HP Mini 110-3864er mini-noutbuklar; HP 3400 MT fərdi kompüterlər; Touchsmart 7320 AIO kompüteri; ProBook seriyasından kompüterlər, Pavilion G və Pavilion D seriyalı noutbukları qeyd etmək olar. Xatırlatmaq istərdik ki, “Xalq kompüteri” layihəsi çərçivəsində təklif edilən kompüterlər bazar qiymətindən 25-40% aşağı qiymətə 12 aya qədər faizsiz kredit şərtilə satılır.

 

Ölkəmizdə bu layihə iki dünya lideri olan Microsoft və HP şirkətləri tərəfindən təqdim edilir və təchizat isə HP şirkətinin yerli partnyoru olan BestComp Group şirkəti tərəfindən həyata keçirilir. Layihədə həmçinin Azercell və Azerfon mobil rabitə operatorları iştirak edir. Kompüterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu Azərpoçt tərəfindən həyata keçirilir. Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilən layihə çərçivəsində kompüterlər sənədlərlə və internetdə effektiv və təhlükəsiz işin aparılması üçün nəzərdə tutulan geniş çeşiddə lisenziyalı proqram təminatı ilə təchiz edilir.  2011-ci ildə layihəyə anti-virus proqram təminatının müəllifi - “Doktor Veb” şirkəti də qoşulmuşdur. BestComp Group şirkəti qeyd edilən layihə çərçivəsində təqdim edilən  kompüterlərlə birgə  paylanmaq üçün 15000 ədəd Dr.Web anti-virus lisenziyası almışdır.

Bu gün orta məktəb müəllimləri və şagirdlərinin, ali tədris müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələri güzəştli şərtlərlə kompüter əldə edə bilər. Daha ətraflı məlumatı layihənin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz  http://xalqkomp.az.




=