Artıq 26800  ədəd xalq kompüteri alınıb.

Kompüter sahibi necə olmaq olar?

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Təhsil nazirliyi , HP şirkəti və Microsoftun tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Xalq Kompüteri" layihəsi öz işini uğurla davam etdirir.
Layihənin icrasına 2009-cu ilin aprelində başlanılıb. Artıq orta məktəb müəllimləri sadə şərtlərlə 6300-dən çox kompüter əldə ediblər.
"Xalq Kompüteri" layihəsinin məqsədi ümumtəhsil məktəb müəllimlərinə sadə şərtlərlə - 12 ay boyunca hər ay ödəniş etməklə kompüter sahibi olmaq imkanı verməkdir .
HP kompüterinin sahibi olmaq çox sadədir:
-Müəllim layihənin veb səhifəsinə (http://www.xalqkomp.az ) daxil olub istədiyi modeli seçməlidir
- Sonra isə kontrakt çap edilib doldurulmalıdır. Kontraktı veb səhifədən tapa bilərsiniz
- Müəllim tərəfindən imzalanmış kontrakt direktor tərəfindən təsdiq olunmalıdır və sonra Təhsil Nazirliyinin informasiya sisteminin idarəsi şöbəsinə göndərilməlidir( və ya Rabitə və İnformasiya texnologiyaları nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinə)
- BestComp Group kampaniyasının satışı həyata keçirən kontraktı yoxlaması və təsdiq etməsindən sonra, alıcının ünvanına (məktəbə) kontraktın sürəti və sifariş edilmiş kompyuter göndərilir.
- Ödəniş kredit formasında alıcı tərəfindən kontraktın şərtlərinə uyğun olaraq həyata keçirilir.
Həmçinin, layihınin iştirakçıları əlavə mükafatların sahibi ola bilərlər: ödənişi 3, 6 və ya 9 ay ərzində edən alıcılar çoxfunksiyalı HP printer və fleş-kart qazanacaqlar.
2010-cu ildə layihənin daha da genişlənməsi, universitet müəllimlərini, həmçinin tələbələrini əhatə etməsi gözlənilir
Əlavə informasiya üçün layihənin veb saytı: http://www.xalqkomp.az.

HP şirkəti haqqında
HP texnologiyaların, insanlara, biznesə və cəmiyyətə təsiri üçün yeni imkanlar yaradır. Dünyanın ən böyük texnoloji şirkəti olan HP öz sahəsinə: çap təchizatlarını, fərdi kompyuterləri, proqram təminatını, müştərilərin tələblərinə




=