Artıq 26800  ədəd xalq kompüteri alınıb.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Xalq kompüteri” pilot layihəsi üzrə konfrans keçirir...

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Xalq kompüteri» pilot layihəsinin ilk mərhələsinin başa çatdırılması üzrə yekun konfrans keçirir.

 

17 noyabr 2009-cu il tarixdə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycanın Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri ilə bircə həyata keçirdiyi «Xalq kompüteri» pilot layihəsinin ilk mərhələsinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçiriləcəkdir.

 

Mətbuat konfransında öz yüksək səmərəliliyini nümayiş etdirmiş və Azərbaycan məktəblərinin müəllimləri arasında böyük maraq oyatmış pilot layihəsinin nəticələri təqdim olunacaq, eləcə də layihənin yeni mərhələsi elan ediləcəkdir.

Tədbirdə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edəcəkdir.  Tədbirdə eləcə də HP-nin MBD üzrə personal kompüter sistemləri qrupunun direktoru Sergey Plaksin, HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov, Microsoft Azərbaycan-ın baş direktoru Teymur Axundov və «BestComp Group» firmasının baş meneceri Rauf Həsənov çıxış edəcəklər.  

 

«Xalq kompüteri» layihəsinin məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompüterlər və lisenziyalı proqram təminatı əldə etmələri üçün şəraitin yaradılması, regionlarda İnformasiya Kompüter Texnologiyalarının (İKT) dayanaqlı tətbiqinin genişləndirilməsi vasitəsilə “rəqəmsal bərabərsizliyin” aradan qaldırılması, eləcə də Azərbaycan hökumətinin  informasiya cəmiyyətinin və elektron hökumətin inkişafına yönəldilmiş fəaliyyətinə dəstək olmaqdan ibarətdir. 




=