Artıq 26800  ədəd xalq kompüteri alınıb.

Azərbaycanda «Xalq Kompüteri» layihəsi davam edəcək.

Ölkənin ümumi təhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş «Xalq Kompüteri» layihəsi həyata keçirilməyə başladığı andan 3 min kompüter dəstinin satışı reallaşmışdır.

 

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə bildirmişdir ki, layihənin 4 ay davam edən pilot mərhələsi onun uğurlu olduğunu sübut etdi.

«Müəllimlərə lisenziyalı proqram təminatı və güzəştli şərtlərlə personal kompüter və noutbuk əldə etmək imkanı verilib.

 

Kompüter alan müəllimlər kompüter haqqında dərslik və internet kartla təmin olunurlar.Layihə bir sıra üstünlükləri ilə fərqlənir və pilot mərhələsi sübut etdi ki, Azərbaycanda belə layihələrə tələbat var. Kompüter əldə etmək istəyənlərin sayı 3 min nəfəri ötüb keçir. Buna görə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Xalq Kompüteri» layihəsinin həyata keçirilməsinin davam etdirilməsini planlaşdırır»,-E.Vəlizadə söylədi.

 

Nazirin müavini qeyd etdi ki, dünya maliyyə böhranına baxmayaraq RİTN özəl şirkətlər tərəfindən də dəstəklənmişdir.

 

E.Vəlizadə həmçinin qeyd etdi: «Bununla belə, Azərbaycanın bu sahədəki təcrübəsini başqa ölkələr də öyrənirlər».

 

Nəzərinizə çatdıraq ki, «Xalq Kompüteri» layihəsi ölkədə bu ilin aprel ayında həyata keçirilməyə başlamışdır və RİTN tərəfindən HP və Microsoft şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

 

 

 

 

 

 




=