Artıq 26800  ədəd xalq kompüteri alınıb.

Xalq kompüteri” layihəsi çərçivəsində onlayn ödəmə sistemi tətbiq olunub

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Təhsil Nazirliyi, Microsoft və HP şirkətləri ilə birgə həyata keçirdiyi "Xalq kompüteri" pilot layihəsi çərçivəsində onlayn ödəmə sistemi tətbiq olunub.GoldenPay onlayn ödəmə sisteminə sürətli qoşulmaq üçün yeni Quickpay xidmətinin köməyi ilə http://www.xalqkomp.az/ saytında layihə çərçivəsində kompüter alan müəllimlər kreditlərini istənilən plastik kartı, hətta əmək haqqı kartlarını istifadə eləyərək ödəyə bilərlər.

Əməliyyata başlamaq üçün "Onlayn ödəmə" bölməsinə daxil olmaq lazımdır. GoldenPay sistemini bir gün müddətində tətbiq etmək mümkündür. Müqavilə imzalandıqdan sonra, «onlayn ödəmə» düyməsi yaradıb onu Silverkey tərəfindən veriləcək linklərə yönəltmək lazımdır.GoldenPay sistemi Azərbaycanda 2008-ci ilin dekabr ayından tətbiq olunur. «Visa» və «MasterCard»-dan müvafiq olaraq «Verified by Visa» və «MasterCard SecureCode» lisenziyalarını almış bu sistem istifadəçilərinin təhlükəsizliyinin artırılması üçün ən təhlükəsiz SSL sertifikatı olan VeriSign istifadə edir.




=