Xalq Kompüteri - Şərtlər
Artıq 26800  ədəd xalq kompüteri alınıb.

Şərtlər

“Xalq kompüteri”layihəsi çərçivəsində  Respublikanın ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri, Ali məktəb müəllimləri və tələbələri iştirak edə bilərlər. Hər müəllim, şagird və ya tələbə  layihə çərçivəsində yalnız bir növ kompüter əldə edə bilər.
1) Layihə müqaviləsinin surəti çap edilir (aşağıdan yükləmək olar);
2) Müqavilə müəllim və ya tələbə/şagirdin valideyni tərəfindən doldurularaq imzalanır və məktəbin direktoru  tərəfindən təsdiq edilir; (tələbə və ya şagird alırsa, valideynin iş yerindən arayış olmalıdır)
3) Təsdiq edilmiş müqavilə  orta məktəb müəllimləri üçün Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinə və digərləri üçün Bestcomp Group şirkətinin baş ofisinə göndərilir.
Müqavilə yoxlanıldıqdan sonra "Satıcı" (BestComp Group şirkəti) tərəfindən təsdiq edilir. Bundan sonra müqavilənin bir nüsxəsi və sifariş edilmiş kompüter "Alıcı"nın ünvanına (müəllimin işlədiyi məktəbə və ya tələbə və ya şagirdin valideyninin qeyd etdiyi ünvana) poçt vasitəsilə çatdırılır.
"Alıcı" müqavilə ilə birlikdə ən yaxın poçt şöbəsinə müraciət edərək, müvafiq hesaba hər ay müqavilədə qeyd olunan məbləği ödəyir.

Diqqət! Müqavilə ilə birlikdə Şəxsiyyət vəsiqəsinin surətini də göndərin.
Müqavilələrin 3-cü, 9-cu və 10-cu səhifələrindəki "Müştərinin İmzası" bölməsində
Müştərinin imzası mütləq olmalıdır.