Artıq 26800  ədəd xalq kompüteri alınıb.

Mütəmadi Soruşulan Suallar

(cavabı görmək üçün sualın üzərində tıklayın)

Xalq kompüteri layihəsi üzrə kompüter alarkən ilkin odəniş var? Varsa nə qədərdir?
Sizin götürdüyünüz kompüterin qiyməti 12-yə bölünəcək. İlkin ödəniş də elə bu məbləğdir. Məsələn: seçdiyiniz kompüterin qiyməti 699 manatdırsa, aylıq və ilkin ödəniş (699man:12=58man25qəpik) 58manat 25qəpikdir
Ödəniş harada və necə etmək lazımdır?
Aylıq ödənişi Bestcomp Group firmasının mühasibatlığında (Aşıq Alı küçəsi 2a), internet vasitəsilə-kartdan (online ödəmə) və ya poçt şöbələrində apara bilərsiniz. Poçt vasitəsilə ödəmə qəbzində Kimdən qrafasında müqavilənizin nömrəsi və familiyanız qeyd olunmalıdır və belə göstərilməlidir:
Nümunə
Kimdən: XK-98765 Kamilov
Müqavilə üzrə bütün ödənişlər bitdikdən sonra Bestcomp Group şirkəti ilə əlaqə saxlayıb borcunuzun olmaması haqqında rəsmi arayış alın. Rəsmi arayış alana qədər müqavilənizi, Qaimə-Faktura və ödəmə qəbzlərinizi saxlayın
Bir dəfə kompüter götürən müəllimə borcunu tam odədikdən sonra pulun tam odənilməsi barədə məlumatı necə əldə edə bilər? Borcu odənildikdən sonra yenidən istədiyi kompüteri götürme imkani var?
Borcu tam ödədikən sonra ödəmə qəbzləri ilə birlikdə Bestcomp Group  firması Aşıq Alı küçəsi 2a ünvanına yaxınlaşıb məbləğı  tam ödədiyiniz haqqında arayış ala bilərsiniz. Arayışı aldıqdan sonra  siz yenidən kompüter gotürə bilərsiniz.
Mən tələbəyəm.Tələbələr ücün hansı sənədlər lazımdır? Xahiş edirəm ətraflı məlumat verəsiz.
Sizin tələbələ və şagirdlər üçün olan layihədə iştirakınız üçün valideynlərinizdən biri mütləq dövlət işçisi olmalıdır. O, yəni sizin valideyniniz iş yerindən arayış və şəxsiyyət vəsiqəsi, siz isə tələbə bileti  və şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz. Məktəbdə oxuyan şagirdlər məktəbdən arayış və doğum haqqında şəhadətnaməni təqdim etməlidirlər. Bütün bu sənədlər yerində olduqdan sonra www.xalqkomp.az saytına daxil olub, şərtlər bölməsindən 2 nüsxədə müqaviləni (http://xalqkomp.az/domains/xalq/assets/images/contracts/ali-mekteb-sagird-telebe.pdf) doldurub topladığınız sənədlərlə birliklə bizim şirkətə yaxınlaşmalısınız.  
Xalq kompüteri layihesine muəllim olaraq Ağdash rayonundan qoshulmaq olarmi?
Bəli olar. Bu layihə Azərbaycanın bütün ərazisini əhatə edir
Kompüteri nə qədər vaxta əldə edə bilərəm?
Sizin müqaviləniz bizim firmaya  göndərildikdən sonra 1 həftə ərzində sizin kompüteriniz yaxınlığınızda yerləşən poçt idarəsinə catdırılacaq.
Poçtda kompüteri götürərkən əlavə pul ödəmək lazımdırmı?
Xeyr. "Xalq kompüteri" layihəsi ilə göndərilən kompüterləri poçt idarələrindən götürərkən alıcı tərəfindən heç bir əlavə ödənişin edilməsi nəzərdə tutulmayıb.
Gələcəkdə bu lahiyədə kompüterlərin üstündə printerlər olacaq?
Hal hazırda "Xalq kompüteri" layihəsi çərçivəsində hədiyyə kampaniyası keçirilir. Ödənişi 1 həftə, 3 ay, 6 ay ərzində tam şəkildə ödədikdə sizə aşağıdakı printerlərdən biri hədiyyə verilə bilər.
Ödənişi 1 həftə ərzində baş verdikdə -- HP Deskjet F4583 AiO Printeri
Ödənişi 3 ay ərzində (qrafik üzrə və ya ondan qabaq) tam şəkildə odədikdə -- HP Deskjet F2483 AiO Printeri
Ödənişi 6 ay ərzində (qrafik üzrə və ya ondan qabaq) tam şəkildə ödədikdə -- HP Deskjet D1663 Printeri
Ödənişi  9 ay ərzində ödədikdə (qrafik üzrə və ya ondan qabaq) tam şəkildə odədikdə Usb-flash-(4-GB) hədiyyə verilir.
Kompüteri tez əldə etmək üçün nə edə bilərəm?
Kompüteri tez əldə etmək üçün 2 nüsxə doldurulmuş müqavilə, səxsiyyət vəsiqəsilə birlikdə BestComp Group firmasına Bakı şəhəri, Aşıq Alı küçəsi 2a ünvanına yaxınlaşa bilərsiniz, gəlməmişdən əvvəl zəng etsəniz (012 541 47 47) yaxşı olar. Bu zəng həmin gün sizə kompüter verilməsini təmin edər.
Kreditin muddətini 2 il edə bilərsinizmi? Çünki aldığımız maaş kompüteri əldə ətməyə imkan vermir.
Təssuflər olsun ki, hələlik bu mümkün deyil.
Mən sizin layihə ilə maraqlanıram. Bilmək istərdim ki, sizin mağaza harada yerləşir? Notebooklara baxmaq istəyirdim.
Layihə üzrə verilən kompüter avadanlığına baxmaq üçün BestComp Group firmasına Aşıq Alı küçəsi, 2a ünvanına yaxınlaşa bilərsiniz. Telefon (012)541-47-47
Mən sizin layihə ilə Toshiba firmasının noutbukunu ala bilərəm?
Bu layihə ilə yalnız HP firmasının bu saytda göstərilən (http://xalqkomp.az/Models.html) kompüter və notebook-larını əldə etmək olar.
Sizin satdığınız kompüterlərin qiyməti ilə satışda olan kompüterlərin qiyməti arasında demək olar ki, fərq yoxdur. Bunun nəyi güzəştli oldu?
1-ci güzəşt ondan ibarətdir ki, layihə üzrə verilən kompüterləri heç yerə getmədən bizə müraciət edərək almaq olar. Bu zaman kompüterin Azərbaycanın istənilən nöqtəsinə çatdırılması BestComp Group firmasının hesabınadır.
2-ci güzəşt ondan ibarətdir ki, kompüterinizə yüklənmiş bütün proqramlar leqaldır və onların istifadəsində heç bir məhdudiyyət yoxdur. (bəzi qeyri leqal qoyulmuş proqramlar müəyyən vaxtdan sonra kompüterin normal işləməsinə imkan vermir)
3-çü güzəşt ondan ibarətdir ki, sizin kompüterinizdə olacaq və bu layihədən kənarda satılan analoji lisenziyalı proqramların qiyməti çox bahadır. Onların satışda qiyməti aşağıdakı kimidir:
Windows 7 Professional – 128 manat
MS Office 2007 (tam versiya) – 280 manat
Antivirus Symantec Endpoint Protection – 25 manat
Sizdən aldığımız kompüterlərdən istifadə edərkən kompüterin işləməsi ilə bağlı bəzən suallar çıxır. Bununla bağlı kimə müraciət etmək olar?
Kompüterin işləməsi ilə bağlı texniki suallar çıxarsa firmamızın servis mərkəzinə müraciət etmək olar. Tel: 541-47-47 (servis mərkəzini soruşun)
Sizdən aldığımız kompüteri güzəştlə internete qoşmaq olarmı?
Azercell şirkətinin yaratdığı fürsət sayəsində siz internetə güzəştlə qoşula bilərsiniz. Sizin istəyiniz əsasında 12 ay ərzində hər ay əlavə olaraq (Azercell-ə) 7 AZN ödəməklə, Azercell-dən Fakturalı Xətt nömrəsi, Azercell Datakart və 12 faktura dövrü ərzində hər ay 500 MB həcmdə GPRS data trafikindən istifadə etmə imkanı veriləcək. Hər müvafiq faktura dövrü ərzində verilən 500 MB GPRS data trafikindən artıq istifadə olunan hər 1 MB üçün 1.18 qəpik məbləğində xidmət haqqı tətbiq ediləcək. Azercell vasitəsilə internetdən istifadə etmək üçün bizim şirkətə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb müqavilə bağlamaq lazımdır. Əlavə sualınız olsa zəng edə bilərsiniz. (012) 541-47-47

Sualınıza cavab tapmadınız? Bizə yazın!


Adı, Soyadı:
Telefon:
Elektron ünvan:
Sual: