Xalq Kompüteri - Layihə Haqqında
Artıq 26800  ədəd xalq kompüteri alınıb.

 

  • Xalq kompüteri

 

İnformasiya texnologiyaları müasir cəmiyyətdə mühüm rol oynayır. Müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşını gündəlik həyatda əhatə edən reallıq informasiya texnologiyalarının bolluğu ilə seçilir. Hələ bir neçə il əvvəl informasiya texnologiyaları dedikdə, adətən biz yalnız kompyuter və internet başa düşürdüksə, müasir durumda texnologiyalar müxtəlif səviyyələrdə bizim həyatımızı təmamilə əhatə etmişdir. Artıq bu gün hər hansı bir ölkədə vətəndaşların rifahından danışanda vacib qiymətləndirmə faktorlarından biri informasiya texnologiyalarının insan həyatına inteqrasiyasıdır. Bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnoldogiyalara çıxışının təmin edilməsidir. Bunun üçün isə ilk növbədə əhalinin kompüterlərlə təmin edilməsi lazımdır. Məhz kütləvi kompüterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüqüqlü üzvü olmağa və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verəcəkdir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP, Microsoft və Bestcomp Group şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək olar. 
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlə və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. 
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"-na tam uyğundur. 
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq; 
- E-hökumətin inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompüter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompüterlərlə təminatına şərait yaratmaq;
- Kompüter sayının dünyanın orta göstəricilərinə çatdırmaq. 
İlkin olaraq 2009-cu ilin aprelində başlayan və 4 ay müddəti əhatə edən pilot layihə həyata keçirilmişdir. Bu müddət ərzində layihə çərçivəsində yalnız orta məktəb müəllimləri kompüterlər əldə etmişlər.
Noyabrın 18-i 2009-cu il tarixindən etibarən «Xalq Kompüteri» layihəsinin növbəti mərhələsinə start verilib. Bu mərhələ də orta məktəb müəllimlərinə aid edilmişdir.
30 iyun 2010-cu il tarixindən isə «Xalq Kompüter» layihəsinin İKİNCİ mərhələsinə start verildi! İmzalanmış razılaşmanın şərtlərinəəsasən, "Xalq Kompüteri" layihəsi çərçivəsindəəllimlərdən başqa orta məktəb şagirdləri və ali təhsil müəssisələrinin müəllim və tələbələri də kompüter və lisenziyalı proqram təminatını almaq imkanı əldə etmişdilər.
Layihə çərçivəsində HP şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunur. Bütün bu avadanlıqlarda Microsoft şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu Azərbaycanın Təhsil Nazirliyi və Microsoft korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.
Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompüteri" layihəsi çərçivəsində təqdim olunan kompüterlər bazar qiymətlərindən 25-40% aşağıdır. Bütün kompüter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər verilir.
Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" Dövlət Müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" Dövlət Müəssisəsi və HP-nin və Microsoft-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.

 

 

 

Niyyət məktubu